mobile-logo

PR (ictimaiyyətlə əlaqələr)

PR xidmətləri bir təşkilatın nüfuz dairəsini qorumaq və genişləndirmək, təşkilatla ictimaiyyət arasında körpü yaratmaq, etibarlı əməkdaşlıqlar və dostluq əlaqələri qurmaq baxımından ciddi əhəmiyyət daşıyır.

 

“ADMEDIA” olaraq biz illərdir ki, uğurlu PR kampaniyalar həyata keçiririk. Böyük təcrübəmizə arxalanmaqla Sizə öz xidmətlərimizi təklif edirik.

 

PR xidmətlərimiz üç mərhələdən ibarətdir:

 

- Hazırlıq mərhələsi: sınaq və təhlillər; ictimaiyyətin təhlili; tapşırığın tərtib edilməsi.

- Əsas mərhələ: PR kampaniyaların yaradılması; əhali, qruplar və ya əhalinin sosial təbəqələriylə əlaqələrin qurulması; ictimai əlaqələr kampaniyalarının effektivliyinin monitorinqi.

- Son mərhələ: nəticənin qiymətləndirilməsi; əlaqələrin gələcək inkişaf perspektivlərinin təhlili.