mobile-logo

Rəqəmsal Marketinq

İstər dünyada, istərsə də ölkəmizdə internet istifadəçilərinin sayı hər il dayanmadan artır. Buna görə də istənilən şirkət biznesinin inkişafı üçün mütləq şəkildə rəqəmsal marketinqə diqqət ayırır.

 

Biz Sizə biznesinizin internet platformada inkişaf etdirmək üçün genişspektrli rəqəmsal marketinq xidmətləri təklif edirik.

 

Xidmətlərimiz:

 

-         Veb-saytların hazırlanması

Peşəkar komandamız şirkətinizin saytını qurmaq üçün məlumatların yığılması və analizindən tutmuş, dizaynın hazırlanmasına qədər genişmiqyaslı işlər həyata keçirir. Bu işlərə veb-dizayn, veb-proqramlaşdırma və veb-analitika kimi xidmətlər daxildir.

 

-         SEO

Azərbaycan dilinə “Axtarış Mühərriki Optimizasiyası” kimi tərcümə edilən “Search Engine Optimization” (SEO) veb-saytların “Google” kimi axtarış mühərriklərində açar sözlərin köməyilə ən ön sıralara çıxarılması xidmətidir. Bu xidmət vasitəsilə məhsulunuzu daha geniş kütlələrə təqdim edə bilərsiniz.

 

-          İnternetdə reklamın yerləşdirilməsi

Biz şirkətinizin imicinin formalaşdırılması və reputasiyanızın qorunması üçün mediaplan hazırlayırıq. Sonra isə reklamınızı rəqəmsal platformalarda – müxtəlif saytlarda və portallarda yerləşdiririk.

 

-          E-mail Marketinq:

“ADMEDIA” 2013-cü ildən bəri e-mail paylaşma üçün istifadə olunan xüsusi lisenziyalı proqrama malikdir. Bu proqram ölkədə mövcud olan 1,500,000-lik elektron ünvanı özündə cəmləşdirir.

 

Bizimlə əməkdaşlıq edən qurumlar bu üstün xidmətimiz sayəsində müştərilərinin e-mail bazasına malik ola bilərlər. Bu sayədə onlar fəaliyyətlərindəki yeniliklər barədə ictimaiyyətə eksklüziv şəkildə məlumat ötürmək imkanı əldə edəcəklər.    

 

-          Mobil Marketinq:

 “ADMEDIA” olaraq biz daha bir xüsusi proqram vasitəsilə 3,000,000-dan çox abonentə (“Azercell”, “Bakcell”, “Nar” abonentləri) qısa SMS göndərmək imkanına sahibik.

 

Siz mobil marketinq xidmətimizdən istifadə etməklə məhsulunuz, xidmətləriniz və kampaniyalarınız barədə yenilikləri müştərilərinizlə paylaşmaq fürsəti qazanacaqsınız.

 

-          SMM (Sosial Media Marketinqi):

Şirkətimiz məhsul və xidmətlərinizin satışlarını artırmaq üçün “Facebook”, “Instagram”, “YouTube” və s. sosial şəbəkələr üzərindən SMM xidmətləri təklif edir.

 

Xidmətlərimizə gündəlik post paylaşımı, foto və video çəkiliş, kreativ və cəlbedici mətnlərin yazılması, görülən işlərin hesabatının verilməsi, rəqiblərin analizi və inkişaf strategiyası daxildir.

 

 

-          Rəqəmsal Marketinq Strategiyası:

Əgər şirkətinizin hazır rəqəmsal marketinq strategiyası varsa onun təhlilini və inkişaf etdirilməsini bizə həvalə edə bilərsiniz.

 

Həmçinin biz Sizin üçün sıfırdan rəqəmsal marketinq strategiyası yazmağa da hazırıq!